...

Bakalavr və magistraturaya qəbula dəyişiklik edilir

Cəmiyyət Materials 4 May 2015 12:13 (UTC +04:00)
Azərbaycanda ali məktəblərin bakalavr və magistratura səviyyələri üzrə qəbul planı Azərbaycan Prezidenti yanında Təhsil üzrə Komissiyası tərəfindən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) təqdim olunub.
Bakalavr və magistraturaya qəbula dəyişiklik edilir

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda ali məktəblərin bakalavr və magistratura səviyyələri üzrə qəbul planı Azərbaycan Prezidenti yanında Təhsil üzrə Komissiyası tərəfindən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) təqdim olunub. Trend-in məlumatına görə, bunu TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Komissiya sədri qeyd edib ki, qəbul planı hazırlanarkən onlar tərəfindən də təqdim olunan müəyyən təkliflər nəzərə alınıb. M.Abbaszadə qeyd edib ki, TQDK təkliflər verərkən qəbul planının ötən illərdə dolma səviyyəsi və abituriyentlərin ixtisaslara olan marağı nəzərə alınıb. Komissiya Azərbaycan və rus bölməsində bəzi ixtisaslar üzrə isə müsabiqənin birgə aparılmasını da təklif edib:

"Magistratura və bakalavr səvyyəsi üzrə müəyyən ixtisaslarda bu təkliflər nəzərə alınıb. Bu yaxınlarda "Magistr" jurnalının növbəti sayı dərc olunacaq. Burada magistraturaya qəbul planında olan dəyişikliklər əks olunacaq. Artıq 1 ay öncə olan anonslar təkliflərdə öz əksini tapıb. Belə ki, AMEA üçün magistratura səviyyəsi üzrə 20 plan yeri ayrılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti