...

“Azərsun Holdinq”in rəhbəri Rusiya Federasiyasının Ali Mükafatı ilə təltif edilib (FOTO)

Cəmiyyət Materials 5 May 2015 12:20 (UTC +04:00)
“Azərsun Holdinq”in rəhbəri Rusiya Federasiyasının Ali Mükafatı ilə təltif edilib.
“Azərsun Holdinq”in rəhbəri Rusiya Federasiyasının Ali Mükafatı ilə təltif edilib (FOTO)

Azərbaycan, Bakı, 5 may /Trend/

"Azərsun Holdinq"in rəhbəri Rusiya Federasiyasının Ali Mükafatı ilə təltif edilib.

Ölkənin qeyri-neft sektorunun inkişafında və yerli məhsulların dünya bazarlarına çıxarılmasında müstəsna rol oynayan "Azərsun Holdinq"in yürütdüyü siyasət növbəti dəfə çox yüksək qiymətləndirilib. Şirkətdən Trend-ə verilən məlumata görə, "Azərsun Holdinq"-in Şirkətlər qrupunun Müşahidə Şurasının sədri Abdolbari Goozal bu dəfə Rusiya Federasiyasının ali mükafatları ilə təltif edilib. O, "Kuban şəhərinin inkişafına verdiyi mühüm töhfəyə görə" III dərəcəli qızıl medal, "Krasnodarın kənd təsərrüfatının inkişafına verdiyi töhfəyə görə" Rusiya Federasiyasının Kənd təsərrüfatı naziri Aleksandr Tkaçov tərəfindən təşəkkürnamə ilə təltif edilib.

Bundan əlavə Kuban Dövlət Aqrar Universiteti və Orta məktəbinin inkişafına göstərdiyi maddi və mənəvi dəstək də Rusiya rəsmiləri tərəfindən çox yüksək qiymətləndirilib. Bu məqsədlə təşkil edilən təltifetmə mərasimində çıxış edən Rusiya Federasiya Şurasının üzvü Yevqeniy Vasilyeviç Qromıko "Azərsun Holdinq" Krasnodar vilayətində müxtəlif layihələr reallaşdıraraq insanların sosial-rifah hallının yaxşılaşdırılması və işlə təmin olunmasında böyük rol oynadığını bildirib və Abdolbari Goozala bütün krasnodarlılar və şəxsən RF-nın kənd təsərrüfatı naziri Aleksandr Tkaçov adından dərin minnətdarlığını bildirib.

Rusiya Dövlət Dumasının deputatı İvan İvanoviç Qemçenko isə gələcəkdə Krasnodar vilayəti və "Azərsun Holdinq" arasında daha böyük layihələrin reallaşdırılacağına inandığını söyləyib. Tədbirdə çıxış edən Beloreçensk rayonunun bələdiyyə başçısı İvan İvanoviç İmqrunt isə "Azərsun Holdinq"in keyfiyyət fəlsəfəsinin və müəssisələrində yaradılmış yüksək əmək şəraitinin nümunəvi səviyyədə olduğunu bildirib. Rusiyalı rəsmilərə təltifə görə minnətdarlığını bildirən Abdolbari Goozal bu mərasimin 9 may faşizm üzərində qələbə gününə təsadüf etməsinə də diqqət çəkib və Rusiyayla Azərbaycanın bu qələbədə çox mühüm rol oynadığını bildirib.

Müharibələrin bütün bəşəriyyata dəhşətlər yaşatdığını söyləyən şirkət rəhbəri hər kəsin bu cür hadisələrin bir daha təkrarlanmaması üçün səy göstərməli olduğunu deyib və gələcəkdə də "Azərsun Holdinq"in Rusiya Federasiyasında müxtəlif layihlərin reallaşdırılmasında iştirak edəcəyini söyləyib. Qeyd edək ki, ölkənin ixrac potensialının artmasına dəstək olmağı qarşısına məqsəd qoyan "Azərsun Holdinq" Şirkətlər qrupu bu yolda müsbət addımlar atır. Artıq "Azərsun Holdinq" tərəfindən istehsal olunan məhsullar ölkədaxili tələbatı ödəməklə bərabər xarici bazarlarda da çox yüksək qiymətləndirilir və "Made in Azerbaijan" yazısını öz üzərində şərəflə daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti