...

Yaponiya Baş nazirinin müavini BDU-da tələbələrlə görüşüb (FOTO)

Cəmiyyət Materials 5 May 2015 14:58 (UTC +04:00)
Yaponiyalı qonaq Bakı Dövlət Universitetində (BDU) tələbələrlə görüşüb.
Yaponiya Baş nazirinin müavini BDU-da tələbələrlə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 5 may /Trend/

Yaponiyalı qonaq Bakı Dövlət Universitetində (BDU) tələbələrlə görüşüb.

BDU-nun ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Yaponiya Baş nazirinin müavini, maliyyə nazirinin xanımı Çikako Aso Universitetdə yapon dilini öyrənən tələbələrlə görüşüb.

Görüşdə BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva, Xarici tələbələrlə iş üzrə dekan Gülheyran Rəhimova, Beynəlxalq proqramlar şöbəsinin müdiri Elmira İsmayılova, Uzaq Şərq dilləri kafedrasının müdiri Oqtay Cəlilbəyli, Bakı Dövlət və Azərbaycan Dillər Universitetlərində yapon dili ixtisası üzrə təhsil alan tələbələr iştirak ediblər. Tədbiri prorektor, professor İradə Əliyeva açaraq qonaqlara universitet haqqında məlumat verib, onun tarixi, beynəlxalq əlaqələri və bu sahədə görülən işlər barədə danışıb.

Sonra tələbələr təqdimatlarla çıxış ediblər və yapon mahnısı "Cidai"ni ifa ediblər. Görüşün sonunda tələbələrin sualları cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti