...

Azərbaycanda eksternat formasında məktəbi vaxtından əvvəl bitirilmə qaydaları açıqlandı

Cəmiyyət Materials 5 May 2015 17:34 (UTC +04:00)
Azərbaycanda orta məktəbi eksternat təhsilalma formasında vaxtından əvvəl bitirilməsi qaydaları təsdiqlənib.
Azərbaycanda eksternat formasında məktəbi vaxtından əvvəl bitirilmə qaydaları açıqlandı

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda orta məktəbi eksternat təhsilalma formasında vaxtından əvvəl bitirilməsi qaydaları təsdiqlənib.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan təhsil naziri Mikayıl Cabbarov tərəfindən təsdiqlənən "Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin eksternat təhsilalma formasında vaxtından əvvəl bitirilməsi Qaydaları"na əsasən, ümumi təhsil üzrə təhsil səviyyələrini vaxtından əvvəl bitirmə yalnız ibtidai təhsildə III, ümumi orta təhsildə VIII, tam orta təhsildə X sinif şagirdlərinə şamil olunur. Hər hansı bir şagird ümumi təhsil pilləsində oxuduğu müddətdə təhsil səviyyələrindən yalnız birini vaxtından əvvəl bitirə bilər.

Şagirdin hər hansı təhsil səviyyəsini vaxtından əvvəl bitirməsinə əsas verən başlıca keyfiyyətlər fiziki sağlamlıq və psixoloji dayanıqlıq, qeyri-standart düşünmə, tədris materiallarını asan və şüurlu mənimsəmə, yaş səviyyəsinə uyğun İKT bacarıqlarına yiyələnmə, xarici dili sərbəst öyrənmə, aydın, rabitəli nitq və çevik təfəkkürdür.

Övladının müvafiq təhsil səviyyəsini vaxtından əvvəl bitirməsi haqda məsələ valideynin (digər qanuni nümayəndənin) iştirakı ilə pedaqoji şurada müzakirə olunub müvafiq qərar qəbul edilir.

Şagirdin ümumi hazırlıq səviyyəsi, psixoloji dayanıqlığı, idraki inkişafı müəyyən olunmuş vaxtda Təhsil Nazirliyinin təyin etdiyi mütəxəssislər qrupu tərəfindən təkrar araşdırılır və yekun rəy Təhsil Nazirliyinin rəhbərliyinə təqdim edilir. Həmin rəyə görə, şagirdin müvafiq təhsil səviyyəsini vaxtından əvvəl bitirməsi tövsiyə olunursa, bu barədə aidiyyəti yerli təhsil idarəetmə orqanına məktub göndərilir. Həmin məktub əsasında şagirdin ikinci yarımildən etibarən növbəti sinifdə təhsilini davam etdirməsinə razılıq verilməsi barədə məktəbin rəhbərliyi yazılı məlumatlandırılır və məsələ məktəb direktorunun əmri ilə rəsmiləşdirilir.

Ümumi orta və tam orta təhsil səviyyələrini vaxtından əvvəl bitirən şagirdlərin müvafiq olaraq VIII və X sinif üzrə illik qiymətləri onların birinci yarımildə aldıqları qiymətlər hesab olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti