...

"Azərbaycan Böyük Vətən müharibəsi illərində" (FOTO)

Cəmiyyət Materials 5 May 2015 17:35 (UTC +04:00)
Azərbaycan Memarlıq və İnşaat Universitetində faşizm üzərində Qələbənin 70 illiyinə həsr olunmuş “Azərbaycan Böyük Vətən müharibəsi illərində” adlı tədbir keçirilib.
"Azərbaycan Böyük Vətən müharibəsi illərində" (FOTO)

Azərbaycan, Bakı, 5 may /Trend/

Azərbaycan Memarlıq və İnşaat Universitetində faşizm üzərində Qələbənin 70 illiyinə həsr olunmuş "Azərbaycan Böyük Vətən müharibəsi illərində" adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, millət vəkili, professor Gülçöhrə Məmmədova Qələbə Gününün qeyd olunmasının əhəmiyyəti, Respublika Prezidenti İlham Əliyevin bu barədə verdiyi sərəncamin tarixi rolu, gənc nəslin tərbiyəsində varislik ənənələrinin qorunmasi və təbliğində bu kimi tədbirlərin xüsusi önəm daşımasından danişib: "Böyük Vətən müharibəsi illərində Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq göstərib. Qısa zaman müddətdə respublika 87 qırıcı batalyon,1124 özünümüdafiə dəstəsi yaradıldı və 600 mindən çox igid azərbaycanlı cəbhəyə yollandı. Biz daim qələbəyə gedən yolda olmuşuq və igidliyimizi də qanımızla, canımızla sübut etmişik".

Universitetin Ağsaqqallar Şurasının sədri, "İctimai fənlər" kafedrasının dosenti Bəhram Avılov Böyük Vətən müharibəsində respublikamızın və azərbaycanlıların iştirakı barədə ətraflı və zəngin məruzə ilə çıxış edib. Böyük Vətən müharibəsi veteranları Həzi Məmmədov, Daməd Nəbiyev, Yasamal rayon Əmək və Müharibə Veteranları Şurasının sədri Almaz Qasımova, universitetin dosenti, Qarabağ döyüşlərinin iştirakçısı Siyavuş Gözəlov Azərbaycan xalqının Böyük Vətən müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıqlar barədə tələbə və müəllimlərin böyük marağına səbəb olan çıxışlar edib, xatirələrini bölüşüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti