...

Azərbaycanda kolleclər ali məktəblərin nəzdinə keçiriləcək

Cəmiyyət Materials 6 May 2015 16:39 (UTC +04:00)
Azərbaycanda kolleclərin ali məktəblərin nəzdinə keçirilməsi prosesinə başlanacaq.
Azərbaycanda kolleclər ali məktəblərin nəzdinə keçiriləcək

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda kolleclərin ali məktəblərin nəzdinə keçirilməsi prosesinə başlanacaq.

Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Xəzər Avropa Klubunun üzvləri ilə görüşündə deyib.

Nazirin sözlərinə görə, orta ixtisas təhsili müəssisələrinin kifayət qədər böyük hissəsi kollec adlandırılır: "Onların ali təhsil müəssisələrinin nəzdinə keçirilməsi prosesinə başlanacaq. Fikrimizcə, bu, bir tərəfdən resurslardan daha faydalı istifadəni təmin edə bilər. Digər tərəfdən, subbakalavriat dərəcəsini təklif etməklə, həmin orta ixtisas təhsili müəssisələrinin verdiyi təhsilin keyfiyyətinin və onlara marağın artırılmasına xidmət edə bilər. Təbii ki, biz burada ixtisaslara baxacağıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti