...

Bakıda daha bir yol açılmaq üzrədir (FOTO)

Cəmiyyət Materials 6 May 2015 17:27 (UTC +04:00)
Bakıda daha bir yol təmirdən sonra sürücülərin ixtiyarına verilir.
Bakıda daha bir yol açılmaq üzrədir (FOTO)

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir İlkin İzzət/

Bakıda daha bir yol təmirdən sonra sürücülərin ixtiyarına verilir.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, "Azəryolservis" ASC nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə bəzi küçə və prospektlərdə təmir-tikinti işləri aparılır. Kompleks tədbirlərdən biri Yasamal rayonu Müzəffər Həsənov küçəsində həyata keçirilir. Hələlik işlər Müzəffər Həsənov küçəsinin Şərifzadə küçəsinin kəsişməsindən Dadaş Bünyadzadə küçəsinin kəsişməsinədək olan hissəsində aparılır və yekunlaşmaq üzrədir. Artıq ərazidə yeni asfalt-beton örtüyünün üst qatı döşənir. Asfaltlanma işləri bitəndən sonra ərazidə nişanlanma xətləri çəkiləcək və zəruri yerlərdə yol nişanları quraşdırılacaq.

Qeyd edək ki, artıq küçədə yeni səki daşları düzülüb, səkilər və yol kənarları abadlaşdırılıb, zəruri olan ərazilərdə səth sularının normal axıdılması üçün yağış-kanalizasiya sistemi yenidən qurulub, yeni yağış barmaqlıqları yerləşdirilib, kommunikasiya quyularının dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları dəyişdirilib.

"Azəryolservis" ASC tərəfindən analoji işlər küçənin qalan hissəsində, daha doğrusu, "Şamaxinka" adlanan əraziyə qədər olan hissədə də həyata keçiriləcək. Küçə boyu yolun hərəkət hissəsinin genişləndirilməsi işləri də aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti