...

Bakıda aeroport yolunda hərəkət məhdudlaşdırılır

Cəmiyyət Materials 7 May 2015 10:56 (UTC +04:00)
Bakının aeroport yolunda nəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik qismən məhdudlaşdırılır.
Bakıda aeroport yolunda hərəkət məhdudlaşdırılır

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir İlkin İzzət /

Bakının aeroport yolunda nəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik qismən məhdudlaşdırılır.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, "Azəryolservis" ASC tərəfindən Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri həyata keçirilir.

Bu gün 11:00-dan saat 17:00-dək Heydər Əliyev prospektinin "Böyükşor" yol qovşağından (metorunun "Koroğlu" stansiyası) "Suraxanı" yol qovşağınadək olan yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Bu səbəbdən göstərilən müddət ərzində sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

"Azəryolservis" ASC sürücülərdən görülən işlərə anlayışlı yanaşmaları xahiş edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti