...

Sinoptiklər hansı hava şəraiti vəd edir?

Cəmiyyət Materials 7 May 2015 13:10 (UTC +04:00)
Havanın temperaturu gecə 8-12, gündüz 16-20 dərəcə isti olacaq.
Sinoptiklər hansı hava şəraiti vəd edir?

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda yağıntılı hava şəraiti kəsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə bildiriblər ki, mayın 8-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 8-12, gündüz 16-20 dərəcə isti olacaq.

Mayın 8-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 8-13, gündüz 20-25, dağlarda gecə 2-5, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti