...

Vətənpərvərliyin təbliğində Heydər Əliyev irsinin rolu

Cəmiyyət Materials 8 May 2015 11:13 (UTC +04:00)
Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən həyata keçirilən Vətənpərvərlik düşüncəsinin, milli-mənəvi dəyərlərin gənc nəslə təbliğ edilməsi ilə bağlı silsiləli tədbirlər təşkil edilir.
Vətənpərvərliyin təbliğində Heydər Əliyev irsinin rolu

Azərbaycan, Bakı, 8 may /Trend/

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən həyata keçirilən Vətənpərvərlik düşüncəsinin, milli-mənəvi dəyərlərin gənc nəslə təbliğ edilməsi ilə bağlı silsiləli tədbirlər təşkil edilir.

Təşkilatdan Trend-ə verilən məlumata görə, növbəti tədbir Beynəlxalq Mətbuat Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar "Vətənpərvərlik düşüncəsinin, milli-mənəvi dəyərlərin gənc nəslə təbliğ edilməsində Heydər Əliyev irsinin rolu" mövzusunda keçirilib.

Tədbirdə Ulu öndərə həsr olunan Aşıq Şəmşrin "Zərli tac kamallı başa yaraşır" şerləri əsasında hazırlanan videoçarx nümayiş olunub.

Tədbiri "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov açıb.

O, bildirib ki, Azərbaycan xalqının və dövlətçiliyinin inkişafında misilsiz tarixi xidmətləri olan, milli dövlətçiliyimizin memarı və qurucusu Ulu öndər Heydər Əliyevin həyatı, siyasi və dövlətçilik fəaliyyəti tariximizdə müstəsna yer tutur. Bu zəngin xəzinənin milli-mənəvi və bəşəri dəyərlərinin xalqa, xüsusən də, gələcək nəsillərə yetərincə çatdırılması qarşımızda duran ən vacib və əhəmiyyətli vəzifədir. Gənclərə diqqət və qayğı ulu öndər Heydər Əliyevin Azərbaycana hakimiyyətinin hər iki dövründə həyata keçirilən siyasətin önündə dayanıb. Dahi şəxsiyyət bildirirdi ki, cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaq. Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, Ulu öndər Heydər Əliyevin ən layiqli davamçısı olan, gənclərin hər zaman özlərinə örnək saydığı möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycan Respublikasına prezident seçiləndən sonra gənclərə olan diqqət və qayğı artan xətlə davam etməkdədir.

Tədbirdə iştirak edən Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndəsi Qalib Yaqubov çıxış edərək bildirib ki, Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlər bərpa edilib, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas olub, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazanıb. Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını sübut etdi ki, "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir".

Professor Şahlar Əsgərov - Azərbaycan xalqının və dövlətçiliyinin inkişafında misilsiz tarixi xidmətləri olan, milli dövlətçiliyimizin memarı və qurucusu Ulu öndər Heydər Əliyevin həyatı, siyasi və dövlətçilik fəaliyyəti tariximizdə müstəsna yer tutur. Bu gün Azərbaycan xalqının, eləcə də, Türk dünyasının milli sərvəti olan Heydər Əliyevin zəngin və həmişəyaşar irsinin sistemli şəkildə araşdırılması, elmi əsaslarla öyrənilməsi və təbliği ən vacib məsələlərdən biridir. Bu zəngin xəzinənin milli-mənəvi və bəşəri dəyərlərinin xalqa, xüsusən də, gələcək nəsillərə yetərincə çatdırılması qarşımızda duran ən vacib və əhəmiyyətli vəzifədir. Bu həqiqəti Heydər Əliyevin qurub-yaratdığı müasir Azərbaycanın vətəndaşı olan hər bir şəxs, xüsusən, gənc nəsil layiqincə dərk etməlidir.

Millət vəkili Fəzail Ağamalı - Heydər Əliyevin adı və şərəfli həyatı öz Vətəninə, xalqına məhəbbətin təkrarsız təcəssümü, millətə xidmətin əsl nümunəsi kimi daim yaşayacaq, Azərbaycanın indiki və gələcək nəsillərinə əbədi örnək olacaqdır. Öz şərəfli və möhtəşəm fəaliyyəti ilə Heydər Əliyev müasir, müstəqil Azərbaycan dövlətini yaratdı, onun idarəçilik mexanizmini formalaşdırdı. Biz hamımız bu gün böyük qürur hissi ilə qeyd edirik ki, müstəqil Azərbaycan dövləti ulu öndərimizin şah əsəridir, onun öz xalqı qarşısında əvəzsiz tarixi xidmətidir. Heydər Əliyev dəfələrlə bəyan etmişdir ki, bütün varlığı ilə vətəninə, onun insanlarına bağlıdır:

Professor Məhərrəm Qasımlı - Mədəni irsimizin qorunub saxlanmasında, inkişaf etdirilməsində, onun geniş təbliğində, dünya miqyasında şöhrət tapmasında böyük şəxsiyyət Heydər Əliyevin əvəzsiz xidmətləri var. Ümummilli lider Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə göstərdiyi qayğı müstəqil Azərbaycanın mənəvi həyatında əsaslı yüksəlişə səbəb olmuşdur. Qədim zəngin maddi və mənəvi mədəniyyətə malik xalqımız məhz Ümummilli liderimiz Heydər Əliyevin mədəniyyət siyasəti nəticəsində öz varlığı, mənəvi irsi, keçmişi ilə fəxr edə bilər. Ulu öndər Azərbaycan mədəniyyətinin və mənəviyyatının himayədarı idi. Həyatımızın bütün sahələrində unudulmaz liderimizin elə qüdrətli və əzəmətli yadigarları var ki, zaman ötdükcə dahi şəxsiyyətin müqəddəs xatirəsi önündə ehtiramla baş əyir, əvəzsiz xidmətləri qarşısında heyrətimizi, məhəbbətimizi bildirməyi özümüzə borc bilirik.

Professor Abuzər Xələfov - Bu gün müstəqil Azərbaycan dövlətinin yaşaması, qüdrətli bir ölkə kimi təşəkkülü üçün Ulu öndər Heydər Əliyevə borcluyuq. Bu gün əminliklə demək olar ki, Azərbaycanın siyasi suverenliyinin, iqtisadi müstəqilliyinin əsası məhz 70-80-ci illərdə qoyulmuş möhkəm təmələ, güclü intellektual və iqtisadi potensiala söykənir. Bu potensial müstəqillik illərində də möhkəmlənmiş, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına güclü təkan vermişdir.1993-cü ildə xalqımızın təkidli tələbi, xilaskar missiyası ilə Azərbaycana qayıdan Ümummilli liderimiz Heydər Əliyev müstəqilliyimizi nəinki qoruyub saxladı, onu dönməz və əbədi etdi.
Digər cıxış edənlər də Ümummilli liderin zəngin irsindən, onun xalqımız qarşısında gördüyü əvəzsiz xidmətləri barədə gənclərə məlumat verdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti