...

Mədət Quliyev xidmətə yeni qəbul edilmiş vətəndaşları təbrik edib (FOTO)

Cəmiyyət Materials 9 May 2015 15:01 (UTC +04:00)
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ərəfəsində 27 vətəndaş ədliyyə orqanlarında qulluğa qəbul olunaraq Penitensiar Xidmətdə kiçik rəis heyətində vəzifələrə təyin ediliblər.
Mədət Quliyev xidmətə yeni qəbul edilmiş vətəndaşları təbrik edib (FOTO)

Azərbaycan, Bakı, 9 may /Trend/

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ərəfəsində 27 vətəndaş ədliyyə orqanlarında qulluğa qəbul olunaraq Penitensiar Xidmətdə kiçik rəis heyətində vəzifələrə təyin ediliblər.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu gün ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi ədliyyə general-leytenantı Mədət Quliyev qulluğa qəbul olunmuş gənc əməkdaşları qəbul edib. Nazir müavini ulu öndərin doğum günü ərəfəsində xidmətə qəbul olunmağın xüsusilə qürurverici olduğunu vurğulayaraq, Azərbaycanın ədliyyə naziri, birinci dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun adından onları təbrik edib, seçdikləri şərəfli işdə uğurlar arzulayıb.

Ədliyyə orqanlarında qulluğa yeni qəbul olunmuş gənc əməkdaşlar Penitensiar Xidmətin tarix muzeyində olublar. Muzeyin Heydər Əliyev guşəsində ümummilli liderin həyat və fəaliyyətini, onun müasir Azərbaycanın inkişafı uğrunda əldə etdiyi nailiyyətləri əks etdirən fotoşəkillərlə, həmçinin xidmətin fəaliyyətinə aid eksponatlarla tanış olublar.

Sonda Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı filmə tamaşa edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti