...

ADİU tələbələrinin əl işi Gül bayramında (FOTO)

Cəmiyyət Materials 10 May 2015 16:06 (UTC +04:00)
Səbail rayonunun “Sahil bağı”nda ümummilli lider Heydər Əliyevin anadan olmasının 92 illiyinə həsr olunan ənənəvi Gül bayramı keçirilib.
ADİU tələbələrinin əl işi Gül bayramında (FOTO)

Azərbaycan, Bakı, 10 may /Trend/

Səbail rayonunun "Sahil bağı"nda ümummilli lider Heydər Əliyevin anadan olmasının 92 illiyinə həsr olunan ənənəvi Gül bayramı keçirilib.

Tədbirdə energetika naziri Natiq Əliyev, Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Milli Məclisin komitə sədri, akademik Ziyad Səmədzadə, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov və digər qonaqlar iştirak ediblər.

Səbail rayonunun idarə və təşkilatlarının, ictimai təşkilatların, ali, orta və məktəbəqədər təhsil müəssisələrinin, rayon ictimaiyyəti nümayəndələrinin toplaşdığı "Sahil bağı"nında Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) tələbələrinin əl işlərindən ibarət maraqlı gül ekspozisiyaları da yer alıb. Çıçəklərdən hazırlanan müxtəlif fiqurlar arasında ulu öndər Heydər Əliyev və görkəmli alim, akademik Zərifə xanım Əliyevanın portretləri, onlarla bağlı digər gül kompozisiyaları, Qız qalasının, paytaxtın yeni simvoluna çevrilən "Alov Qüllələri" kompleksinin, "Səbail" gəmisinin, 2015-ci ildə Bakıda keçiriləcək Birinci Avropa Olimpiya Oyunlarının embleminin və güllə işlənmiş başqa ornamentlər bayram iştirakçılarının diqqətini cəlb edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti