...

Bakının 3 rayonunda qaz təchizatında məhdudiyyət olacaq

Cəmiyyət Materials 13 May 2015 09:12 (UTC +04:00)
Xəzər, Abşeron və Binəqədi rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Bakının 3 rayonunda qaz təchizatında məhdudiyyət olacaq

Azərbaycan, Bakı, 13 may /Trend/

Xəzər, Abşeron və Binəqədi rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tikinti sahəsinə düşən qaz xətlərinin təhlükəsiz əraziyə köçürülməklə yerinin dəyişdirilməsi və yeni çəkilmiş qaz xətlərinin mövcud mənbəyə birləşdirilməsi ilə əlaqədar bu gün saat 10:00-dan işlər başa çatanadək Xəzər rayonunun Qala və Şüvalan, Abşeron rayonunun Novxanı və Binəqədi rayonunun Biləcəri qəsəbələrinə təbii qazın verilişində fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti