...

Tacikistanda Heydər Əliyevin anadan olmasının 92 illiyi münasibətilə rəsm və heykəltaraşlıq müsabiqəsinə yekun vurulub (FOTO)

Cəmiyyət Materials 15 May 2015 18:02 (UTC +04:00)
Azərbaycanın Tacikistandakı səfirliyinin təşəbbüsü və Tacikistanın Mədəniyyət Nazirliyi, Təsviri İncəsənət və Dizayn İnstitutunun birgə təşkilatçılığı ilə görkəmli siyasət və dövlət xadimi, Azərbaycan xalqının Ümummili Lideri Heydər Əliyevin anadan olmasının 92 illiyi münasibətilə rəsm və heykəltaraşlıq müsabiqəsinin yekunu olaraq mayın 21-dək davam edəcək sərginin açılışı keçirilib.
Tacikistanda Heydər Əliyevin anadan olmasının 92 illiyi münasibətilə rəsm və heykəltaraşlıq müsabiqəsinə yekun vurulub (FOTO)

Azərbaycan, Bakı, 15 may /Trend/

Azərbaycanın Tacikistandakı səfirliyinin təşəbbüsü və Tacikistanın Mədəniyyət Nazirliyi, Təsviri İncəsənət və Dizayn İnstitutunun birgə təşkilatçılığı ilə görkəmli siyasət və dövlət xadimi, Azərbaycan xalqının Ümummili Lideri Heydər Əliyevin anadan olmasının 92 illiyi münasibətilə rəsm və heykəltaraşlıq müsabiqəsinin yekunu olaraq mayın 21-dək davam edəcək sərginin açılışı keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə TR Ali Məclisinin Aşağı və Yuxarı Palatısının deputatları, bir çox ölkələrin səfirləri və beynəlxalq təşkilatların rəhbərləri,Tacikistanın Mədəniyyət Nazirliyinin vəzifəli şəxsləri, alimlər və akademiklər, yerli ictimaiyyət, mədəniyyət və diaspora, o cümlədən KİV nümayəndələri iştirak etdilər.

İştirakçılar Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən filmə tamaşa etdilər.

İnstitutun rektoru Camşid Qanizoda açılış edərək tədbirin keçirilməsində məqsədin iki ölkənin mədəniyyət sahəsində əlaqələrinin genişləndirilməsinə dəstək olduğunu açıqladı. O, bildirdi ki, bu tipli tədbirlər sənət adamlarının öz əsərlərini nümayiş etdirmək imkanı yaratmaqla onların daha həvəslə çalışması baxımından mühüm əhəmiyyət kəsb edir.

Səfir A.Həsənov çıxışında Ulu Öndər H.Əliyevin Azərbaycan xalqının və dövlətinin taleyində oynadığı roldan danışdı: "Azərbaycan və Tacikistan arasında ikitərəfli münasibətlərin əsası Azərbaycan xalqının Ümummili Lideri Heydər Əliyev və Prezident cənab Emomali Rahmon tərəfindən qoyulmuşdur. Bu gün bu səmimi dostluq münasibətləri iki ölkənin Prezidentləri Emomali Rahmon və İlham Əliyev tərəfindən davam etdirilir. H.Əliyev uzun dövr ərzində Azərbaycana rəhbərlik etmişdir. Həm sovet hakimiyyəti, həm də müstəqil Azərbaycanın rəhbəri olduğu dövrdə həmişə xalqına və dövlətə sədaqətlə xidmət etmişdir. O, eyni zamanda SSRİ NŞ-nin sədrinin 1-ci müavini olduğu dövrdə bütün ittifaq respublikalarının inkişafı üçün böyük xidmətlər göstərmişdir. Orta Asiya respublikalarının, xüsusilə Tacikistanın da inkişafında onun fəaliyyətinin müsbət təsirləri olmuşdur. Buna görə biz tacik xalqının dostu H.Əliyevin şəxsiyyətinin əbədiləşdirilməsi istiqamətində həyata keçirdiyimiz növbəti tədbirlərdən biri də İncəsənət İnstitunun və rəssamlıq kollecinin müəllim və tələbələri arasında onun xarakter və şəxsiyyətini daha dolğun təsvir edən heykəltaraşlıq-rəsm müsabiqəsini keçirməyi qərara aldıq".

Səfir qeyd etdi ki, "Əminliklə deyə bilərik ki, əgər H.Əliyev olmasaydı bugünki müstəqil və inkişaf tempi ilə dünyanı heyran edən Azərbaycan da olmayacaqdı. Bu həqiqəti istər Azərbaycanda, istərsə də onun hüdudlarından kənarda elə bir kəs tapılmaz ki, təkzib etmiş olsun".

Səfir çıxışına davam edərək bildirdi ki, "H.Əliyev həm sovet dövründə, həm də II dəfə hakimiyyətə gəldikdən sonra digər sahələr kimi mədəniyyət sahəsinin inkişafına xüsusi diqqət yetirmişdir. H.Əliyev həmişə mədəniyyət işçilərinə diqqət və qayğı göstərmiş, mədəniyyət xadimlərinin əməyinə dəyər verərək onların vaxtı vaxtında müvafiq titul və adlarla, ordenlərlə təltif etmişdir. O, eyni zamanda mədəniyyətin bütün janrlarının dərin bilicisi olduğuna görə yeri gələndə öz müvafiq məsləhət və tövsiyələrini də verirdi. H.Əliyevi mədəniyyət xadimləri ilə sıx dostluq əlaqələri birləşdirirdi. O, SSRİ xalq artistləri M.Maqomayev, R.Behbudov, Q.Qarayev, F.Əmirov, Z.Xanlarova, Xuraman və Fidan Qasımova bacıları, Niyazi, A.Məlikov, SSRİ xalq rəssamları T.Salahov, M.Abdullayev, Azərbaycanın xalq rəssamı Ö.Eldarov, Azərbaycanın xalq artisti T.Quliyev və s. ilə yaxından dostluq edirdi. H.Əliyevin Azərbaycanda mədəniyyətə göstərdiyi diqqət və qayğının nəticəsində yeni böyük mədəniyyət xadimləri nəsli formalaşdı. Böyük qürurverici haldır ki, mədəniyyətə göstərilən bu diqqət və qayğı bu gün prezident cənab İ.Əliyev və H.Əliyev Fondunun Prezidenti xanım M.Əliyeva tərəfindən daha geniş miqyasda həyata keçirilməkdədir. AR Tacikistandakı Səfirliyi tərəfindən H.Əliyevin yubileyi ilə bağlı 3 ildir ki, jurnalistlər arasında H.Əliyevin şəxsiyyətinə həsr olunan ən yaxşı məqalə mövzusunda müsabiqə keçirilir. Bu ildən rəsm və heykəltaraşlıq janrlarında müsabiqəyə başladıq və hər il bu müsabiqələrin davam etdirilməsini planlaşdırırıq".

Çıxışının sonunda Səfir A.Həsənov müsabiqəsinin nəticələrini elan etdi, qaliblər, eləcə də müsabiqənin bütün iştirakçılarına diplomlar və hədiyyələr təqdim edildi.

Qran-prinin qalibi mərmər mozaika işinə görə Nurbekov Urozali oldu, müəllimlər arasında nominasiya üzrə 1-ci yerə Maqsud Mirmuhamedov, tələbələr arasında 1-ci yerə Behzod Boymuradov layiq görüldülər. Müəllimlər arasında ikinci yerə Erkin Suyunov, tələbələr arasında Hasan İskandarov sahib oldular. Müəllimlər və tələbələr arasında Dovutov Ziyoratşo və Boymatova Munocot 3-cü yerin qalibləri oldular.

Müsabiqəyə 1 florensiya mozaikası, 15 rəsm, 8 cizgili rəsm, 2 qrafika, 5 heykəltaraşlıq janrları üzrə əsərlər təqdim olunmuşdu.

Ramhudoev Ramzullo, Xolov Şohruz, Saidniyozov Firuz, Karamatulloi Nacmiddin, Racabov Dilşod, Xudoyorbekov Xuşdil, Kurbonova Laylo, Ernazarov Alişer, Sobirov Qufron, Rustamov Abduraşid, Qulov Daler, Fayzulloeva Sitora, İrqaşaeva Mahfuza, Fayzimamadov Barotcon, Boboev Farrux, Saidov Şarif, Muhammadiev Dilşod, Mirov Sanqak, Bobomurodov Obid, Mukumzoda Xurşed müsabiqə iştirakçısı şəhadətnamələri və hədiyyələr ilə təltif olundular.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti