...

Salyan rayonunda müşavirə keçirilib

Cəmiyyət Materials 16 May 2015 11:33 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin 2015-ci il üçün Tədbirlər Planına müvafiq olaraq Salyan Rayon İcra Hakimiyyətində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində FHN-in Muğan Regional Mərkəzinin rayon İcra Hakimiyyəti, özünüidarəetmə orqanları və yerli icra sturukturları ilə qarşılıqlı fəaliyyətinin təşkili və mövcud problemlər” mövzusunda rayon müşavirəsi keçirilib.
Salyan rayonunda müşavirə keçirilib

Azərbaycan, Bakı, 16 may /Trend/

Fövqəladə Hallar Nazirliyinin 2015-ci il üçün Tədbirlər Planına müvafiq olaraq Salyan Rayon İcra Hakimiyyətində "Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində FHN-in Muğan Regional Mərkəzinin rayon İcra Hakimiyyəti, özünüidarəetmə orqanları və yerli icra sturukturları ilə qarşılıqlı fəaliyyətinin təşkili və mövcud problemlər" mövzusunda rayon müşavirəsi keçirilib.

Trend-in FHN-nin saytına istinadən verdiyi məlumata görə, müşavirədə Rayon İcra Hakimiyyətinin rəhbər işçiləri, Salyan rayon Fövqəladə Hallar Komissiyasının üzvləri, ərazi icra nümayəndələri, bələdiyyələr, idarə və təşkilat rəhbərləri, nazirliyin və FHN-in yerli qurumlarının əməkdaşları iştirak edib.

Tədbiri giriş sözü ilə açan Muğan Regional Mərkəzinin rəis müavini Tural Müseyibov gündəlikdə duran məsələnin aktuallığını vurğulayıb və keçirilən tədbirin əhəmiyyətindən danışıb. O, Fövqəladə Hallar Nazirliyinin yaranması, qurumları, fəaliyyət istiqamətləri barədə təqdimatında nazirliyin respublikamızda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində gördüyü işlər, Muğan Regional Mərkəzinin əhatə etdiyi ərazidə fövqəladə hallarla mübarizə sahəsində həyata keçirdiyi tədbirlər barədə məlumat verib.

Nazirliyin Fövqəladə halların xəbərdar edilməsi Baş idarəsinin Fövqəladə halların monitorinqi və xəbərdar edilməsi idarəsinin rəisi polkovnik Məhbubə Mustafayeva Fövqəladə Hallar Nazirliyinin qurumlarının regionlarda yerli icra və idarəetmə orqanları ilə birgə fəaliyyətindən bəhs edib.

Tədbirdə Salyan rayonu ərazisində bugünədək aparılmış monitorinqlərin nəticələri və mövcud problemlərdən danışılmış, drenaj-kollektorlar, süni göllər və rayon ərazisində yağış sularının ötürülməsi üçün nəzərdə tutulan hidrotexniki qurğuların mövcud vəziyyətini əks etdirən fotoşəkillərdən ibarət slaydlar nümayiş etdirilib.

Həmçinin, Salyan rayonu ərazisində yüksək təzyiqli qaz və yüksək gərginlikli elektrik hava xətlərinin mühafizə zonalarında və ictimai yaşayış binalarının ətrafında inşa edilmiş müxtəlif təyinatlı tikililərlə bağlı mövcud problemlərə toxunulmuş və müvafiq tövsiyələr verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti