...

Bakıda gəzməli hava, bölgələrdə isə şimşək, yağış

Cəmiyyət Materials 16 May 2015 12:58 (UTC +04:00)
Sabah Bakıda hava sakit keçsə də, bölgələrdə yenə şimşək və yağış proqnozlaşdırılır.
Bakıda gəzməli hava, bölgələrdə isə şimşək, yağış

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir İlhamə İsabalayeva/

Sabah Bakıda hava sakit keçsə də, bölgələrdə yenə şimşək və yağış proqnozlaşdırılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, mayın 17-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gün ərzində hava əsasən yağmursuz olacaq. Şimal küləyi əsəcək, səhər və gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 12-16, gündüz 19-24 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində əsasən axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 22-27, dağlarda gecə 4-9, gündüz 12-17 dərəcə isti olacaq.

Yaxın 2-3 gün ərzində Azərbaycanda hava mülayim keçəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti