...

Gəncədə "Səməd Vurğun və Aşıq Şəmşir dostluğu" mövzusunda tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 18 May 2015 10:40 (UTC +04:00)
Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən həyata keçirilən Vətənpərvərlik düşüncəsinin, milli-mənəvi dəyərlərin gənc nəslə təbliğ edilməsi layihəsi çərçivəsində keçirilən silsilə tədbirlər davam edir.
Gəncədə "Səməd Vurğun və Aşıq Şəmşir dostluğu" mövzusunda tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 18 may /Trend/

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən həyata keçirilən Vətənpərvərlik düşüncəsinin, milli-mənəvi dəyərlərin gənc nəslə təbliğ edilməsi layihəsi çərçivəsində keçirilən silsilə tədbirlər davam edir.

Təşkilatdan Trend-ə verilən məlumata görə, belə tədbirlərdən növbətisi Gənçə şəhərində keçirilib. Tədbirin əsas mahiyyəti xalqına və vətəninə ürəkdən bağlı olan iki böyük şəxsiyyətin - Səməd Vurğun və Aşıq Şəmşirin dostluğunu və bir amal ətrafında bir olduqlarını gənclərə tanıtmaq təşkil edib.

Tədbiri giriş sözü ilə açan İctimai Birliyin sədri Qənbər Şəmşiroğlu öncə tədbir iştirakçılarına bugünkü Azərbaycanın əldə etdiyi böyük nailiyyətlərdən, Bakıda keçiriləcək I Avropa Oyunlarından və sonra tədbirin ruhuna uyğun Səməd Vurğun və Aşıq Şəmşirin şəxsiyyətindən, vətənpərvərliyindən bəhs edib. Q.Şəmşiroğlu Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının bütün zamanlarda bu tipli layihələri dəstəklədiyinə diqqət çəkərək Şuranın rəhbərliyinə təşəkkürünü bildirib. Layihənin indiki zamanda çox aktual olduğunu nəzərə çatdırıb.

Dastanlar, adətən, ustadnamələrlə başlayır. Deyilən ustadnamələrin əksəriyyəti ellər arasında tanınmış ustad sənətkarların, müdrik söz sahiblərinin olub. 1955-ci ilin yay ayında Kəlbəcər rayonunun İsti-su sanotoriyasına müaliçəyə gələn gələn Səməd Vurğun burda ustad sənətkar Aşıq Şəmşirlə görüşür. Bu görüşlər bir dastana cevirilir.
Deyişmələri iki-üç günün icərisində bütün bğlgələrə yayılmağa başlayır. Hətta bu xəbəri eşidən, Vurğun sevənin pərəstişkarı olanlar da Kəlbəcərə axışır. Demək olar ki, hər axşamüstü buna bənzər məclislər qurulur. Səməd Vurğun və Aşıq Şəmşir dastanı bu gündə məclislərin əsas mövzusudur.

İctimai Birliyin sədr müavini Həbib Misirov çıxışında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vətənpərvər gəncliyin formalaşması naminə çox böyük işlər gördüyünü bildirib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin şəxsi nümunəsində ölkə gəncliyinə göstərdiyi vətənpərvərlik nümunəsinin hər zaman örnək olduğunu deyən natiq, layihənin də bu amala xidmət etdiyini bildirib.

Sonra söz layihənin eksperti, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlıya söz verilib. O, dinləyicilərin diqqətinə Aşıq Şəmşir və Səməd Vurğun dostluğundan bəhs edərək deyib ki, bugünkü dastan gecəsi Azərbaycanın ilk xalq şairi, ictimai-siyası xadim Səməd Vurğunun 1955-ci ildə Kəlbəcər rayonun gəlməsi və ustad sənətkar Aşıq Şəmşirlə görüşünə həsr olunmuş Səməd Vurğun və Aşıq Şəmşir dastanına həsr olunub. Bu il həm də dillər əzbəri olan bu dastanın yaranmasından 60 il ötür.

Bu əxlaq, mənəviyyat və vətənpərvərlik dastanının gənclər arasında təbliğ edilməsi çox önəmli məsələdir. Bu layihəyə dəstək olanlar məhz Azərbaycan gəncliyinin öz xalqına, millətinə xidmət və sədaqət ruhunda tərbiyə olunması işinə dəstək olurlar.

Tədbirin sonunda aşıqlar və məktəblilər hər iki ustad sənətkarın sözlərinə bəstələnən mahnılar və dastandan müxtəlif parçalar ifa ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti