...

Özbəkistan və Azərbaycan FHN-ləri təcrübə mübadiləsi aparacaqlar

Cəmiyyət Materials 19 May 2015 18:25 (UTC +04:00)
Özbəkistan və Azərbaycanın Fövqəladə Hallar nazirlikləri təbii və texnogen xarakterli fövqəladə hallara hazırlıq və təbii fəlakətlərə daha effektiv reaksiya verilməsi məsələləri üzrə təcrübə mübadiləsinin perspektivlərini müzakirə edəcəklər.
Özbəkistan və Azərbaycan FHN-ləri təcrübə mübadiləsi aparacaqlar

Özbəkistan, Daşkənd, 19 may /Trend, müxbir Dəmir Əzizov/

Özbəkistan və Azərbaycanın Fövqəladə Hallar nazirlikləri təbii və texnogen xarakterli fövqəladə hallara hazırlıq və təbii fəlakətlərə daha effektiv reaksiya verilməsi məsələləri üzrə təcrübə mübadiləsinin perspektivlərini müzakirə edəcəklər. Bunu Trend-ə qurumun rəhbərliyindən deyiblər.

Danışıqlar Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Özbəkistana işgüzar səfəri zamanı baş tutacaq.

Azərbaycan nümayəndə heyətinin səfəri Özbəkistan FHN-in rəhbəri Tursinxan Xudayberqenovun dəvəti üzrə həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti