...

Nərimanov, Xətai, Sabunçu və Xəzər rayonlarının qaz təchizatında məhdudiyyət olacaq

Cəmiyyət Materials 20 May 2015 07:25 (UTC +04:00)
Bu gün Nərimanov, Xətai, Sabunçu və Xəzər rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Nərimanov, Xətai, Sabunçu və Xəzər rayonlarının qaz təchizatında məhdudiyyət olacaq

Azərbaycan, Bakı, 20 may /Trend/

Bu gün Nərimanov, Xətai, Sabunçu və Xəzər rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, yeni çəkilmiş qaz xətlərinin üzərində qaz tənzimləyici qurğuların quraşdırılması və çəkilmiş qaz xətlərinin mövcud mənbəyə birləşdirilməsi ilə əlaqədar bu gün saat 9.00-dan 18.00-dək Nərimanov rayonunun bir hissəsinə, Xətai rayonunun Məhəmməd Hadi və ona paralel küçələrin bir hissəsinə, Sabunçu rayonunun Sabunçu qəsəbəsinin bir hissəsinə və Xəzər rayonunun Xaşa-Xuna bağ massivinə, Qala qəsəbəsinin bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti