...

Azərbaycanda havanın temperaturu 31 dərəcəyə kimi yüksələcək

Cəmiyyət Materials 21 May 2015 12:22 (UTC +04:00)
Sabah Azərbaycanda havanın temperaturu 31 dərəcəyə kimi yüksələcək.
Azərbaycanda havanın temperaturu 31 dərəcəyə kimi yüksələcək

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir İlhamə İsabalayeva/

Sabah Azərbaycanda havanın temperaturu 31 dərəcəyə kimi yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, mayın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-çşərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-16, gündüz 21-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında mayın 22-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, Şərq küləyi əsəcək,.

Havanın temperaturu gecə 11-16, gündüz 27-31, dağlarda gecə 8-13, gündüz 18-23 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti