...

12 rayon polis şöbəsində vakant yerlərə baxış keçiriləcək

Cəmiyyət Materials 22 May 2015 12:42 (UTC +04:00)
12 rayon polis şöbəsində vakant yerlərə baxış keçiriləcək.
12 rayon polis şöbəsində vakant yerlərə baxış keçiriləcək

Azərbaycan, Bakı, 22 may /Trend/

12 rayon polis şöbəsində vakant yerlərə baxış keçiriləcək.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 30-da saat 12:00-da Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy, Naftalan, Xocalı rayon polis şöbələrində vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı Bərdə Rayon Polis Şöbəsində sıra baxışı keçiriləcək.

Sıra baxışında yalnız qeyd olunan rayonlarda yaşayış yeri üzrə qeydiyyatda olan və aşağıdakı şərtlərə cavab verən şəxslər iştirak edə blərlər:

- müddətli həqiqi hərbi xidmət keçmiş, ali və ya orta ixtisas, yaxud tam orta təhsilli, boyu 175 santimetrdən aşağı olmayan, özü və yaxın qohumları məhkum olunmamış, atletik cüssəli, 20 yaşından 30 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Müsabiqəyə yuxarıda qeyd olunan rayon polis şöbələrində 35 vəzifə elan edilir.

Həmin vəzifələrdə əmək funksiyalarının yüksək fiziki və psixoloji gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından, namizədlərin sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılacaqdır. Xarici dil bilən və emosional dayanıqlı vətəndaşlara üstünlük veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti