...

Bakıda yanan binada yaşayan şagirdlərlə bağlı qərar verildi

Cəmiyyət Materials 22 May 2015 12:43 (UTC +04:00)
Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanındakı yanğın baş vermiş çoxmərtəbəli binada yaşayan ümumi təhsil müəssisələri şagirdlərinin siyahısı Binəqədi Rayon İcra Hakimiyyətində təşkil edilən qərargaha təqdim olunub.
Bakıda yanan binada yaşayan şagirdlərlə bağlı qərar verildi

Azərbaycan, Bakı, 22 may /Trend, müxbir İlhamə İsabalayeva/

Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanındakı yanğın baş vermiş çoxmərtəbəli binada yaşayan ümumi təhsil müəssisələri şagirdlərinin siyahısı Binəqədi Rayon İcra Hakimiyyətində təşkil edilən qərargaha təqdim olunub.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bu siyahıda adları olan şagirdlər ailələri ilə birgə müvəqqəti məskunlaşdıqları ünvana yaxın məktəblərdə təhsillərini davam etdirəcəklər.

Qərargahda Təhsil Nazirliyini Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov təmsil edir.

Həmçinin, vətəndaşlar yanğın hadisəsi zamanı sıradan çıxmış təhsil sənədlərini yenidən almaq üçün yaxınlıqda səyyar fəaliyyət göstərən ASAN Xidmətə, yaradılmış qərərgaha və ya birbaşa Təhsil Nazirliyinə müraciət edə bilərlər. Əlavə məlumat almaq istəyən vətəndaşlar Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə (146-1) zəng edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti