...

Ekoloqlar Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər (FOTO)

Cəmiyyət Materials 22 May 2015 13:53 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı münasibətilə Nazirliyin kollektivi Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, sonra ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidləri yad edib.
Ekoloqlar Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər (FOTO)

Azərbaycan, Bakı, 22 may /Trend/

Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı münasibətilə Nazirliyin kollektivi Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, sonra ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidləri yad edib.

Trend-in məlumatına görə, sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyində peşə bayramına həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə nazir Hüseyn Bağırov açaraq ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə olduğu kimi ekologiya sahəsində də görülən işlərin, o cümlədən ətraf mühitin mühafizəsi istiqamətindəki tədbirlərin, layihələrin müvəffəqiyyətlə davam etdirildiyini bildirib, yürüdülən ardıcıl ekoloji siyasət, həyata keçirilən tədbirlər, qarşıda duran vəzifələr və perspektiv planlar barədə tədbir iştirakçılarına məlumat verib.

Nazir ekologiya, təbii sərvətlərdən səmərəli istifadə, ətraf mühitin qorunub mühafizə edilməsi, bərpası və davamlı inkişafı sahəsində xüsusi xidmətlərinə görə Nazirliyin fərqlənən əməkdaşlarını Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Fəxri Fərman"ı ilə təltif edib.

Sonda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi adından ölkə Prezidentinə müraciət qəbul olunub.

Xatırladaq ki, Ümummilli Lider Heydər Əliyevin 23 may 2001-ci il tarixli Fərmanı ilə ölkədə ekologiya, ətraf mühitin mühafizəsi, hidrometeorologiya, geologiya, meşəçilik və balıqçılıq sahəsində vahid dövlət siyasətini həyata keçirmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 16 may 2007-ci il tarixdə imzaladığı Sərəncama uyğun olaraq hər il may ayının 23-ü ölkəmizdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti