...

Ehtiyata və istefaya buraxılmış hərbçilərə istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydaları təsdiq olundu

Cəmiyyət Materials 22 May 2015 17:24 (UTC +04:00)
Ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanması və ödənilməsi qaydaları təsdiq olunub.
Ehtiyata və istefaya buraxılmış hərbçilərə istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydaları təsdiq olundu

Azərbaycan, Bakı, 22 may /Trend/

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun qərarı ilə 1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın hesablanması və ödənilməsi qaydaları təsdiq olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qərarın tələblərinə əsasən sənədlərin toplanması, kompensasiya məbləğinin hesablanması və ödənilməsi işinin təşkili məsul vəzifəli şəxslərdən yaradılan müvafiq komissiyalar tərəfindən həyata keçiriləcək.

İstifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanı almaq üçün hərbi qulluqçu ərizəni yalnız poçt rabitəsi xidmətləri vasitəsilə həqiqi hərbi xidmətdən buraxılarkən xidmət etdiyi hərbi hissə və ya müəssisəyə, hərbi hissə ləğv edilmişsə onun tabeliyindəki yuxarı idarəetmə orqanına göndərməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti