...

“Uğura gedən yol”la uğur əldə etməyin yolları (FOTO)

Cəmiyyət Materials 23 May 2015 12:42 (UTC +04:00)
Mayın 20-də IDEA İctimai Birliyinin Resurs Mərkəzində aprel ayından start götürüb “Uğura gedən yol” layihəsi çərçivəsində növbəti görüş keçirilib.
“Uğura gedən yol”la uğur əldə etməyin yolları (FOTO)

Azərbaycan, Bakı, 23 may /Trend/

Mayın 20-də IDEA İctimai Birliyinin Resurs Mərkəzində aprel ayından start götürüb "Uğura gedən yol" layihəsi çərçivəsində növbəti görüş keçirilib.

Təşkilatdan Trend-ə verilən məlumata görə, layihə çərçivəsində təşkil edilən sayca ikinci görüşdə "Heyvanların Müdafiə Cəmiyyətinin" sədri Azər Qarayev gənclər qarşısında peşəkar təcrübəsi ilə bağlı təqdimat edib.

A.Qarayev fəaliyyət göstərdiyi müddətdə əldə etdiyi uğurlardan bəhs edib, gənclərə qazandığı nailiyyətlər haqqında geniş məlumat verərək onlara özünü inkişafla bağlı dəyərli məsləhətlər verib.

Bununla yanaşı, ekspert gənclərə heyvanların mühafizəsi, onlara qayğı və həssas davranışla bağlı çağırışlar edib, onlarla bu mövzuda ətraflı fikir mübadiləsi aparıb. Görüşün sonunda qonaq ekspert gəncləri maraqlandıran sualları cavablandırıb.

Layihə çərçivəsində keçirilən görüş gənclərə uğur əldə etməyin yollarını aşılamaqla yanaşı, onlarda heyvanlara qayğı mədəniyyətinin formalaşmasına töhfə vermək baxımından mühüm rol oynayıb.

"Uğura gedən yol" layihəsi çərçivəsində növbəti görüşlər barədə elanlar IDEA İctimai Birliyinin rəsmi internet səhifəsində və sosial mediada yerləşdiriləcək. Layihə haqqında əlavə məlumat əldə etmək istəyən şəxslər 4976316 şəhər nömrəsi və ya [email protected] elektron poçt ünvanı vasitəsilə IDEA İB ilə əlaqə saxlaya bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti