...

Azərbaycanla Əfqanıstan arasında beynəlxalq terrorçuluqla mübarizə məsələləri müzakirə olunub

Cəmiyyət Materials 23 May 2015 14:38 (UTC +04:00)
Dövlət Sərhəd Xidmətinin rəisi (DSX) Elçin Quliyev Əfqanıstan Prezidentinin MDB ölkələri üzrə səlahiyyətli nümayəndəsi Mohammad Şaker Kargarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycanla Əfqanıstan arasında beynəlxalq terrorçuluqla mübarizə məsələləri müzakirə olunub

Azərbaycan, Bakı, 23 may /Trend/

Dövlət Sərhəd Xidmətinin rəisi (DSX) Elçin Quliyev Əfqanıstan Prezidentinin MDB ölkələri üzrə səlahiyyətli nümayəndəsi Mohammad Şaker Kargarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Trend-in DSX-nın mətbuat mərkəzinə istinadən verdiyi məlumata görə, mayın 22-də DSX-nın rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev Azərbaycanda rəsmi səfərdə olan Əfqanıstan Prezidentinin MDB ölkələri üzrə səlahiyyətli nümayəndəsi M.Ş.Kargarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüş zamanı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və Əfqanıstanın aidiyyəti qurumları arasında əlaqələrin inkişafı, o cümlədən beynəlxalq terrorçuluq, qeyri-leqal miqrasiya, narkotiklərin daşınması kimi cinayətlərlə mübarizə sahəsində əməkdaşlıq məsələlərinə toxunulub.

Tərəflər arasında sərhəd mühafizəsi və sərhəd nəzarəti məntəqələrinin fəaliyyəti sahəsində təcrübə mübadiləsi, əfqan hərbi qulluqçuları üçün tədrisin təşkili, müxtəlif ixtisas sahələri üzrə təlim və təkmilləşdirmə kurslarının həyata keçirilməsi, elecə də əfqan sərhədçilərinin Dövlət Sərhəd Xidmətinin tibb müəssisələrində müalicəsi və sağlamlıqlarının bərpası ilə bağlı müzakirələr aparılıb.

Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti