...

"Eurovision-2015" mahnı müsabiqəsinin qalibi müəyyənləşdi (FOTO, VİDEO)

Mədəniyyət Materials 24 May 2015 04:25 (UTC +04:00)
Yarışmanın qalibi İsveçli Mons Selmerlyov olub. İkinci yerin sahibi Rusiyalı Polina Qaqarina olub. Üçüncü yerdə isə İtaliyadan olan "Il Volo" qrupu məskunlaşıb.
"Eurovision-2015" mahnı müsabiqəsinin qalibi müəyyənləşdi (FOTO, VİDEO)

Azərbaycan, Bakı, 24 may /Trend/

Mayın 23-də Bakı vaxtı ilə saat 00:00-da "Vienner Şdathal" arenada 60-cı "Eurovision" mahnı müsabiqəsinin final şousu keçirilib. Trend-in məlumatına görə, final konserti Avropanın 45-ə yaxın ölkəsində canlı yayımlanıb.

Ənənəyə uyğun olaraq "Eurovision-2015" şousunun aparıcıları Arabella Kiesbauers və müsabiqənin ötənilki qalibi Konçita Vürst bu mötəbər layihənin tamaşaçılarını salamlayıb və iştirakçılara uğurlar arzulayıblar.

Açılış performansından sonra səhnəyə ilk olaraq 60-cı "Eurovision" mahnı müsabiqəsinin final şousunda adı birinci olan Sloveniya təmsilçisi Maraya çıxıb.

Daha sonra Fransa, İsrail, Estoniya, Böyük Britaniya, Ermənistan, Litva, Serbiya, Norveç, İsveç, Kipr, Avstraliya, Belçika, Avstriya, Yunanıstan, Monteneqro, Almaniya, Polşa, Latviya, Rumıniya, İspaniya, Macarıstan, Gürcüstan, Azərbaycan, Rusiya, Albaniya, İtaliya təmsilçiləri performanslarını təqdim ediblər.

Azərbaycan təmsilçisi Elnur 24-cü çıxış edib.

Yarışmanın qalibi İsveçli Mons Selmerlyov olub. Səsvermənin nəticələrinə görə ikinci yerdə Rusiyalı Polina Qaqarina, üçüncü yerdə isə İtaliyadan olan "Il Volo" qrupu məskunlaşıblar.

Qeyd edək ki, Azərbaycan təmsilçisi Elnur Hüseynov, "Hour of the Wolf" ("Canavar saatı") balladası ilə 12-ci yerə sahib olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti