...

Biləsuvarda keçid məntəqəsində problemin yaranması barədə yayılan xəbərlərə rəsmi aydınlıq gətirildi (FOTO)

Cəmiyyət Materials 24 May 2015 16:19 (UTC +04:00)
Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin “Qoşatəpə” gömrük-keçid məntəqəsinin gömrük zonasında problemin yaranması barədə yayılan məlumata aydınlıq gətirib.
Biləsuvarda keçid məntəqəsində problemin yaranması barədə yayılan xəbərlərə rəsmi aydınlıq gətirildi (FOTO)

Azərbaycan, Bakı, 24 may /Trend/

Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin "Qoşatəpə" gömrük-keçid məntəqəsinin gömrük zonasında problemin yaranması barədə yayılan məlumata aydınlıq gətirib.

Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətindən Trend-ə veriləm məlumata görə, keçid məntəqənin gömrük zonasında dünən də, bu gun də heç bir problem yaranmayıb.

Qeyd edək ki, dünən bəzi informasiya saytlarında İran İslam Respublikasına keçmək istəyən 1000-ə yaxın şəxsin Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin "Qoşatəpə" gömrük-keçid məntəqəsinin gömrük zonasında növbə gözləməsi barədə həqiqətə uyğun olmayan xəbərlər yayılmış, məsələyə aidiyyatı olmayan və guya bu sıxlığı əks etdirən fotoşəkil yerləşdirilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti