...

BANM tələbələri BP şirkətinin “ATA yard” sahəsində olublar (FOTO)

Cəmiyyət Materials 27 May 2015 11:05 (UTC +04:00)
BANM-in tələbələri BP şirkətinin “ATA yard” sahəsində olublar.
BANM tələbələri BP şirkətinin “ATA yard” sahəsində olublar (FOTO)

Azərbaycan, Bakı, 27 may /Trend/

BANM-nin tələbələri BP şirkətinin "ATA yard" sahəsində olublar.

BANM-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Bakı Ali Neft Məktəbinin (BANM) BP şirkəti ilə əməkdaşlığı çərçivəsində BANM-in II və III kurs tələbələrinin BP şirkətinin "ATA (Amec-Tekfen-Azfen) yard" sahəsinə səfəri təşkil edilib.

Səfərdən öncə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov tələbələrlə görüşüb. Rektor Elmar Qasımov Bakı Ali Neft Məktəbinin bir sıra beynəlxalq və yerli şirkətlərlə əlaqələrindən söz açaraq, BANM-in BP şirkəti ilə əməkdaşlığından danışıb. O, tələbələrin transmilli şirkətlərdə istehsalat təcrübəsinin keçirilməsinin onların gələcək fəaliyyətində böyük uğur qazanmasına və təcrübəli mütəxəssis kimi yetişməsinə kömək edəcəyini deyib. Elmar Qasımov BP ilə yanaşı, digər transmilli şirkətlərdə də BANM tələbələrinin təcrübə keçəcəklərini vurğulayıb. O, BP şirkətində tələbələrin təcrübə keçməsi üçün Ali Məktəbin bu sahədə əməkdaşlığının davamlı olacağına inamını ifadə edib. Sonra tələbələr "ATA (Amec-Tekfen-Azfen) yard" sahəsinə yola salınıb.

Səfər zamanı layihə meneceri Rəhman Rəhmanov, layihə mühəndisləri Yaşar Məmmədov və Rüstəm Kərimov təqdimatla çıxış ediblər. Tələbələrə "Şahdəniz - 2" layihəsi və platformalar haqda geniş məlumat verilib.

Tələbələrə, o cümlədən, təhlükəsizlik qaydaları üzrə təlim keçirilib və 16 nəfər tələbə 2 qrup şəklində hər qrupda 2 nəfər olmaqla 4 mühəndisin müşayiəti ilə platformaların hazırlandığı sahələrlə tanış olublar. Tələbələr mühəndislərlə birgə nahar edib və sonda səfər brifinqlə yekunlaşıb.

Qeyd edək ki, səfərin məqsədi tələbələri istehsalat sahələri ilə yaxından tanış etmək, onların təcrübi biliklərini artırmaqdır. BANM tələbələri "ATA yard" sahəsinə səfər edən ilk tələbələrdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti