...

28 May – Respublika Günü münasibəti ilə Bakıda atəşfəşanlıq olacaq

Cəmiyyət Materials 27 May 2015 11:10 (UTC +04:00)
28 May – Respublika Günü münasibəti ilə paytaxt Bakıda bayram şənlikləri keçiriləcək.
28 May – Respublika Günü münasibəti ilə Bakıda atəşfəşanlıq olacaq

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir İlkin İzzət/

28 May - Respublika Günü münasibəti ilə paytaxt Bakıda bayram şənlikləri keçiriləcək. Bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumatda bildirilir.

Məlumatda qeyd edilir: "Əziz bakılılar və hörmətli qonaqlar!

Bakı Şəhər İcra Hakimiyyəti Sizi 28 May - Respublika Günü münasibəti ilə təbrik edir, keçiriləcək bayram konsertinə və möhtəşəm atəşfəşanlığı seyr etməyə dəvət edir.

Mayın 28-də Milli Parkın ərazisində Saat Qülləsinin yanında incəsənət ustalarının iştirakı ilə təşkil olunan konsert saat 21.00-da başlayacaq və saat 23.00-da möhtəşəm atəşfəşanlıq olacaq.

Bakı Şəhər İcra Hakimiyyəti Sizi bayram şənliklərinə dəvət edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti