...

Nobel prospektində hərəkət axşamadək məhdudlaşdırılır

Cəmiyyət Materials 27 May 2015 12:59 (UTC +04:00)
Bakının Alfred Nobel prospektində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri davam etdirilir.
Nobel prospektində hərəkət axşamadək məhdudlaşdırılır

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir İlkin İzzət/

Bakının Alfred Nobel prospektində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri davam etdirilir.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, "Azəryolservis" ASC tərəfindən Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri həyata keçirilir.

A.Nobel prospektində yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır. İşlər axşam saat 17:00-dək davam edəcək. Bu səbəbdən göstərilən müddət ərzində sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır.

"Azəryolservis" ASC sürücülərdən görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti