...

FHN-in Akademiyasında beynəlxalq videokonfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 27 May 2015 19:04 (UTC +04:00)
Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında “İdman-kütləvi tədbirlərin keçirildiyi yerlərdə fövqəladə halların xəbərdar edilməsi, nəticələrinin aradan qaldırılması və insanların xilas edilməsi” mövzusunda beynəlxalq elmi-praktik videokonfrans keçirilib.
FHN-in Akademiyasında beynəlxalq videokonfrans keçirilib (FOTO)

Azərbaycan, Bakı, 27 may /Trend/

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında "İdman-kütləvi tədbirlərin keçirildiyi yerlərdə fövqəladə halların xəbərdar edilməsi, nəticələrinin aradan qaldırılması və insanların xilas edilməsi" mövzusunda beynəlxalq elmi-praktik videokonfrans keçirilib.

Trend nazirliyin saytına istinadən məlumat verir ki, beynəlxalq videokonfransa Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Qazaxıstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Komitəsinin Kokşetau Texniki İnstitutu, Belarus Fövqəladə Hallar Nazirliyinin Qomel Mühəndislər İnstitutu, Belarus Fövqəladə Hallar Nazirliyinin Komandir-Mühəndislər İnstitutu, Belarus Fövqəladə Hallar Nazirliyinin Yenidənhazırlıq və ixtisasartırma İnstitutu, Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Akademiyasının professor-müəllim heyəti qatılıblar.

FHN-in Akademiyasının rəisi general-mayor Pənah Süleymanovun sədrliyi ilə keçirilən beynəlxalq videokonfransda "İlk Avropa Oyunlarına hazırlıq və oyunların təşkili zamanı təhlükəsizliyin təmin olunması", "Kütləvi tədbirlərin keçirilməsi zamanı idman qurğularının mühəndis təhlükəsizliyinin qiymətləndirilməsi və monitorinqi ", "İdman-kütləvi tədbirlərin keçirilməsi zamanı fövqəladə halların xəbərdar edilməsinin xüsusiyyətləri", "Mobil yanğınsöndürmə bölmələrinin yaradılması ilə idman obyektlərinin yanğın təhlükəsizliyini yüksəltmək" və digər mövzularda məruzələr dinlənilmiş, fikir mübadiləsi aparılıb.

İştirakçılar bu cür videokonfransların səmərəliliyini vurğulayaraq gələcəkdə də davam etdirilməsinin vacibliyini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti