...

Azərbaycan milli nümunələrinin təbliğinə həsr olunan “Əsrlərin Yaddaşı” layihəsi

Cəmiyyət Materials 29 May 2015 10:36 (UTC +04:00)
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Dan” Beynəlmiləlçi Gənclər İctimai Birliyi Bakı 2015 Birinci Avropa Oyunları ərəfəsində Azərbaycan milli geyimlərinin təbliğinə həsr olunmuş “ Əsrlərin Yaddaşı”adlı layihəsinin icrasını başa vurub.
Azərbaycan milli nümunələrinin təbliğinə həsr olunan “Əsrlərin Yaddaşı” layihəsi

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir İlhamə İsabalayeva/

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Dan" Beynəlmiləlçi Gənclər İctimai Birliyi Bakı 2015 Birinci Avropa Oyunları ərəfəsində Azərbaycan milli geyimlərinin təbliğinə həsr olunmuş "Əsrlərin Yaddaşı" adlı layihənin icrasını başa vurub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, layihənin məqsədi Bakı 2015 Birinci Avropa Oyunları ərəfəsində Azərbaycan milli geyimləri, xalq sənətinin növlərindən olan xalçaçılıq, zərgərlik, kəlağayı kimi milli tarixi və mədəni dəyərlərinin real və virtual aləmdə təbliğidir. Layihənin vəzifələri Azərbaycan vətəndaşlarının tarixi, mədəni və mənəvi dəyərlərimizə həssaslığının artırılması, onlarda yüksək vətəndaş keyfiyyətlərinin formalaşması, Azərbaycanın milli mədəni dəyərlərinin qorunması və təbliğ olunmasının əhəmiyyətinin xarici qonaqlara çatdırılması ilə bağlı tədbirin keçirməsidir.

Layihə çərçivəsində çəkilmiş promovideoda Azərbaycan milli geyimləri, xalçası, kəlagayı, zinət əşyaları, suvenir kuklaları və şiriniyyatı arasında olan əlaqələr, onları incə tellərlə bir-birinə hörən bağlar təsvir edilir.

"Əsrlərin Yaddaşı" adlı promovideonun təqdimatı iyunun 4-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti