...

Ekologiya Nazirliyindən meteohəssas insanlara xəbərdarlıq

Cəmiyyət Materials 29 May 2015 12:40 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi meteohəssas insanlara xəbərdarlıq edib.
Ekologiya Nazirliyindən meteohəssas insanlara xəbərdarlıq

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir İlhamə İsabalayeva/

Ekologiya və Təbii Sərvətlər Nazirliyi meteohəssas insanlara xəbərdarlıq edib.

Nazirlikdən Trend-ə bildiriblər ki, mayın 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 28-33 dərəcə isti olacaq.

Mayın 30-da Abşeron yarımadasında havanın temperaturu iqlim normasından bir qədər yüksək olsa da, mülayim xəzri küləyinin əsməsi meteohəssas insanlar üçün əlverişli olacaq.

Mayın 31-də gündüz cənub-şərq küləyinin üstünlüyü fonunda rütubətliliyin bir qədər artması bəzi meteohəsas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında mayın 30-da hava gündüz əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 22-27 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti