...

İTV-nin Yayım Şurasının yeni üzvlərinin adları məlum olub

Cəmiyyət Materials 29 May 2015 12:53 (UTC +04:00)
Milli Məclisin bu gün keçirilən plenar iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibinə edilən dəyişiklik müzakirə olunub.
İTV-nin Yayım Şurasının yeni üzvlərinin adları məlum olub

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir Elçin Mehdiyev/

Milli Məclisin bu gün keçirilən plenar iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibinə edilən dəyişiklik müzakirə olunub.

Trend-in məlumatına görə, dəyişiklik barədə məlumat verən Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə Sahibkarlar şurası tərəfindən Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, Neuron Tecnologies MMC-nin baş direktoru İsmayıl Ələkbərov, gənclər təşkilatları tərəfindən "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov, "Sağlam gəncliyə doğru" ictimai birliyinin sədri Turqay Həsənquliyev, qadınlar cəmiyyətləri tərəfindən Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil Yusifova, "Qadın Liderliyi Uğrunda" ictimai birliyinin sədri Ülkər Abdullayeva irəli sürülüb.

Daha sonra müzakirələr başlayıb və müzakirələrdən sonra dəyişikliklər səsə qoyularaq İTV-nin Yayım Şurasının yeni üzvlərininin namizədlikləri irəli sürülən şəxslərdən - Vüqar Zeynalov, Mirhəsən Seyidov, Sevil Yusifova Şuranın yeni üzvləri kimi təsdiq olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti