...

Azərbaycanda dərslik hazırlamaq istəyənlər üçün təlimlər keçiriləcək

Cəmiyyət Materials 29 May 2015 15:24 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi dərslik hazırlamaq və qiymətləndirmək istəyənlər üçün təlimlər keçirəcək.
Azərbaycanda dərslik hazırlamaq istəyənlər üçün təlimlər keçiriləcək

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi dərslik hazırlamaq və qiymətləndirmək istəyənlər üçün təlimlər keçirəcək.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, Xəzər Universiteti nazirliyin sifarişi ilə ümumtəhsil pilləsində fənn kurikulumlarına uyğun dərsliklərin hazırlanması və qiymətləndirilməsi üzrə təlimdə iştirak etmək istəyənlər üçün müraciətlərin qəbulunu elan edir.

Təlimlər ictimai-humanitar fənlər, təbiət-riyaziyyat fənləri, incəsənət və texnologiya fənləri üzrə dərsliklərin hazırlanması və qiymətləndirilməsi istiqamətində 10 gün müddətində keçiriləcək.

Təlimlərin oktyabr-noyabr aylarında təşkili nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti