...

Xaricdə təhsil alanların nəzərinə: sənədlərin qəbulu dayandırılır

Cəmiyyət Materials 29 May 2015 16:46 (UTC +04:00)
Təhsil Nazirliyində diplomların tanınması ilə əlaqədar sənədlərin qəbulu iyunun 15-dən dayandırılacaq.
Xaricdə təhsil alanların nəzərinə: sənədlərin qəbulu dayandırılır

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir İlhamə İsabalayeva/

Təhsil Nazirliyində diplomların tanınması ilə əlaqədar sənədlərin qəbulu iyunun 15-dən dayandırılacaq.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, sənədlərin qəbulu 15.06.2015-ci il tarixdən 01.09.2015-ci il tarixədək dayandırılacaq.

Bu müddət ərzində yalnız cari ilin iyul və oktyabr aylarında həqiqi hərbi xidmətdən tərxis olunan, dövlət proqramı çərçivəsində təhsil almaq üçün sənədlərini təqdim edən, eləcə də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına müraciət edən şəxslərin ərizələri qəbul olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti