...

Qorqud kəlamları Horadiz məktəblilərinin dili ilə (FOTO)

Cəmiyyət Materials 29 May 2015 17:11 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Füzuli rayonu üzrə nümayəndəsi Ləman Əliyevanın təşəbbüsü ilə Horadizdə “Kitabi-Dədə Qorqud” dastanı milli-mənəvi sərvətimizdir” adlı tədbir keçirilib.
Qorqud kəlamları Horadiz məktəblilərinin dili ilə (FOTO)

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Füzuli rayonu üzrə nümayəndəsi Ləman Əliyevanın təşəbbüsü ilə Horadizdə "Kitabi-Dədə Qorqud" dastanı milli-mənəvi sərvətimizdir" adlı tədbir keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İnformasiya Təminatı sektorundan Trend-ə verilən məlumata görə, tədbirdə Füzuli Rayon İcra Hakimiyyəti başçısının I müavini B.Aslanov, Füzuli Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri E.Məmmədov, Füzuli Rayon Təhsil Şöbəsinin müdir müavini R.Səmədov, təhsil şöbəsinin məsləhətçisi F.Məhərrəmov, bir qrup gənc fəal, rayon məktəblərinin müəllim və şagird kollektivləri iştirak ediblər.

Əvvəlcə L.Əliyeva Bilik Fondunun fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında ictimaiyyətə geniş məlumat verib. Horadiz şəhər 2 nömrəli tam orta məktəbin tarix müəllimi H.Xudiyev "Kitabi-Dədə Qorqud" dastanının tarixi, dastanda adı çəkilən yerlər, eləcə də "Təpəgöz" boyunun alman alimi Haynrix Fridrix fon Dits tərəfindən alman dilinə tərcümə olunması haqqında ətraflı bilgilər verib.

Sonra Horadiz şəhər 2 nömrəli tam orta məktəbinin şagirdləri və Füzuli Dövlət Dram Teatrının gənc aktyorlarının birgə hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş olunub. Kompozisiyada "Kitabi-Dədə Qorqud" dastanının qədimliyindən, xalqımızın mənəvi irsində yerindən, obrazların qəhrəmanlığından söhbət açılıb, dastanın motivləri əsasında səhnələr təqdim edilib. Tədbir boyu Qorqud Atanın nəsihətamiz fikirləri səslənib, bu vətənpərvərlik dastanını tərənnüm edən məktəblilər vətənə sədaqət andı içiblər.

Sonda iştirakçılara "Kitabi-Dədə Qorqud" dastanının tarixinə həsr olunmuş sənədli film göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti