...

Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar iməcilik keçirilib (FOTO)

Cəmiyyət Materials 30 May 2015 12:43 (UTC +04:00)
5 iyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bu gün Yeni Suraxanı-Binə yolunun ətrafında iməcilik keçirilib.
Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar iməcilik keçirilib (FOTO)

Azərbaycan, Bakı, 30 may /Trend/

5 iyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bu gün Yeni Suraxanı-Binə yolunun ətrafında iməcilik keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 500-ə yaxın əməkdaşının, ekoloji qeyri-hökumət təşkilatları və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi aksiyada sözügedən ərazinin 85 hektar sahəsində abadlıq işləri aparılaraq yaşıllıqlara aqrotexniki qulluq göstərilib, ağacların dibi yumşaldılıb, ərazi alaq otlarından və tullantılardan təmizlənib.

Qeyd edək ki, Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar regionlarda da iməciliklər təşkil olunaraq yaşıllıqlara qulluq edilib, təmizlik işləri aparılıb.

Hər il 5 iyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ərəfəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması üçün təbliğat xarakterli müxtəlif tədbirlər həyata keçirir.

Tədbirlərin keçirilməsində məqsəd insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, əhalinin bu sahədə şüur və təfəkkürünü inkişaf etdirməklə təbiəti qorumağın vacibliyini diqqətə çatdırmaq, eyni zamanda, bu işə digər qurumları və əhalini də cəlb etməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti