...

“Azernews” qəzeti və Trend BİA “The New York Times” ilə əməkdaşlıqla bağlı razılığa gəlib

Cəmiyyət Materials 4 İyun 2015 12:19 (UTC +04:00)
Nəşriyyat dünyasının liderlərinin toplaşdığı 67-ci Beynəlxalq Mətbuat Konqresində (World News Media Congress) iştirak edən Azərbaycanın ingilisdilli qəzeti “Azernews” və Trend BİA-nın baş redaktorları Sevil Mikayılova və Vaqiş Şərifov ən populyar Amerika qəzetlərindən biri “The New York Times”-ın nümayəndələri ilə görüşüblər.
“Azernews” qəzeti və Trend BİA “The New York Times” ilə əməkdaşlıqla bağlı razılığa gəlib

Azərbaycan, Bakı, 4 iyun /Trend/

Nəşriyyat dünyasının liderlərinin toplaşdığı 67-ci Beynəlxalq Mətbuat Konqresində (World News Media Congress) iştirak edən Azərbaycanın ingilisdilli qəzeti "Azernews" qəzetinin baş redaktoru Sevil Mikayılova və Trend BİA-nın baş redaktoru Vaqif Şərifov ən populyar Amerika qəzetlərindən biri "The New York Times"-ın nümayəndələri ilə görüşüblər.

Görüş çərçivəsində "Azernews" və Trend BİA-nın məlumat mübadiləsi sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

V.Şərifov bildirib ki, analoji görüşlər dünyanın digər böyük nəşrləri ilə də keçirilib: "Bütün görüşlərin mövzusu "Azernews" və Trend BİA-nın kontentinin inkişafı və müxtəlif məşhur qəzetlərlə kontentin sindikatlaşdırılması məsələləri olub. Bundan başqa, "Azernews" və Trend BİA-nın internetdə, həmçinin xüsusi kommersiya onlayn kitabxanalarda inkişafı baxımından əməkdaşlıq imkanı da müzakirə edilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti