...

Şamaxı Astrofizika Rəsədxanası: QMİ-nin Ramazan ayı ilə əlaqədar verdiyi fətvaya şübhə edilməməlidir

Cəmiyyət Materials 4 İyun 2015 13:09 (UTC +04:00)
Azərbaycanda QMİ-nin müqəddəs Ramazan ayı ilə əlaqədar verdiyi fətvaya heç kimdə şübhə yaranmamlıdır.
Şamaxı Astrofizika Rəsədxanası: QMİ-nin Ramazan ayı ilə əlaqədar verdiyi fətvaya şübhə edilməməlidir

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir İlkin İzzət /

Azərbaycanda QMİ-nin müqəddəs Ramazan ayı ilə əlaqədar verdiyi fətvaya heç kimdə şübhə yaranmamalıdır.

Trend xəbər verir ki, bunu Şamaxı Astrofizika Rəsədxanasının direktoru Eyyub Quliyev bu gün QMİ-nin Qazılar Şurası və Elmi-Dini Surasının Ramazan ayının başlaması ilə bağlı keçirilən birgə iclasında bildirib.

Onun sözlərinə görə, QMİ-nin Ramazan ayı ilə bağlı verdiyi fətva tam elmi hesablamalara əsaslanıb: Bu hesabların üzərində bir neçə ay iş aparılıb. Heç kimdə bununla bağlı tərəddüd olmamalıdır".

Rəsədxananın direktoru qeyd edib ki, hesablamalara görə, iyun ayının 17-də ayın görünməsi ehtimalı çox yüksəkdir. Lakin hər hansı dəyişiklik olarsa, bu barədə əlavə məlumat veriləcək.

O, bu məsələdə KİV-lərə ucuz sensasiyalar ardınca getməməyi tövsiyə edib: "Bizim müstəqil respublikamız, güclü rəsədxanamız, savadlı mütəxəssislərimiz var. Ona görə də onların dedikləri ilə getmək daha yaxşı olardı".

E.Quliyev deyib ki, hazırda Şamaxı Astrofizika Rəsədxanası dini bayramların vaxtının müəyyən edilməsi və təqvimlərin tətbiq edilməsi ilə əlaqədar bir sıra ölkələrin rəsədxanaları, elmi-dini qurumları ilə əməkdaşlıq edir: "Şamaxşı Astrofizika Rəsədxanası dünyanın ən böyük və möhtəşəm rəsədxanalarından biridir. Onun böyük elmi potensialı var. Bu potensialın açıqlanması bizi çox sevindirir. İran, Rusiya, Türkliyə, Ukraynadan alimlər gəlib bizdə təcrübə keçir, müşahidələr aparırlar. Əlbəttə ki, bu, bizi sevindirir".

Qeyd edək ki, QMİ-nin fətvasına görə, bu il Azərbaycanda miladi təqvimlə 18 iyun, hicri tarixlə Ramazan ayının birinci günü, iyunun 17-i orucluğun niyyət gecəsidir. Eydül-Fitr (Fitr Bayramı) isə iyulun 18-nə təsadüf edəcək və həmin gün ölkədə Bayram namazı qılınacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti