...

Kür çayının aşağı axınında suyun səviyyəsi artıb

Cəmiyyət Materials 5 İyun 2015 13:29 (UTC +04:00)
Kür çayının aşağı axınında suyun səviyyəsi artıb.
Kür çayının aşağı axınında suyun səviyyəsi artıb

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Kür çayının aşağı axınında suyun səviyyəsi artıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyunun 5-də Kür çayının Surra məntəqələrində 8, Şirvanda 22, Salyanda 40, Bankədə 5 sm artım, Araz çayının Novruzlu məntəqəsində isə 8 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 365 sm (2014-cü il iyunun 5-də 324 sm), Şirvanda 203 sm (2014-cü il iyunun 5-də 179 sm), Salyanda 120 sm (2014-cü il iyunun 5-də 110 sm), Bankədə 183 sm (2014-cü il iyunun 5-də 205 sm), Araz çayının Novruzlu məntəqəsində isə 140 sm (2014-cü il iyunun 5-də 60 sm) təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti