...

Bakıda I sinifə qəbulla əlaqədar sənəd qəbulunun müddəti uzadıldı

Cəmiyyət Materials 5 İyun 2015 15:51 (UTC +04:00)
Bakı Şəhəri üzrə Təhsil İdarəsi I sinifə qəbulla əlaqədar sənəd qəbulunun müddətini uzadıb.
Bakıda I sinifə qəbulla əlaqədar sənəd qəbulunun müddəti uzadıldı

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Bakı Şəhəri üzrə Təhsil İdarəsi I sinifə qəbulla əlaqədar sənəd qəbulunun müddətini uzadıb.

İdarədən Trend-ə verilən məlumata görə, ümumtəhsil məktəblərinin I siniflərinə qəbul üçün elektron ərizələrlə qeydiyyatdan keçən valideynlərin (digər qanuni nümayəndələr) məktəblərdə fəaliyyət göstərən işçi qruplarına sənəd qəbulu iyunun 15-dək uzadılıb.

İyunun 15-dən etibarən I sinifə şagird qəbuluna görə elektron müraciət ünvanlayacaq valideynlər isə (və qanuni nümayəndələr) sənədlərini avqustun 15-dən sentyabrın 15-dək məktəblərdə yaradılmış işçi qruplarına təqdim edə biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti