...

Mikayıl Cabbarov Hacıbala Abutalıbovun 20 nömrəli məktəbin ərazisində park salınması ideyasına münasibət bildirdi

Cəmiyyət Materials 9 İyun 2015 12:08 (UTC +04:00)
Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun 20 nömrəli məktəbin ərazisində park salınması ilə bağlı ideya verməsi haqda məlumatlara da münasibət bildirib.
Mikayıl Cabbarov Hacıbala Abutalıbovun 20 nömrəli məktəbin ərazisində park salınması ideyasına münasibət bildirdi

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun 20 nömrəli məktəbin ərazisində park salınması ilə bağlı ideya verməsi haqqında məlumatlara münasibət bildirib.

Trend-in məlumatına görə, Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə bu məsələdə müəyyən anlaşılmazlıqların olduğunu söyləyib: "Hacıbala Abutalıbov təhsillə bağlı olan adamdır. Mən onun fikri ilə tanış deyiləm. Yəqin ki, anlaşılmazlıq olub. Düşünürəm ki, bu işdə heç bir problem olmayacaq. 20 nömrəli məktəbin eskizi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təsdiqlənib".

Nazir qeyd edib ki, Bakıdakı 20 nömrəli məktəbin tikintisinin 2016-2017-ci ildə başa çatdırılması planlaşdırılır.

M.Cabbarovun sözlərinə görə, respublikanın ən böyük məktəblərindən biri olan 20 nömrəli məktəbdə təhsil alan şagirdlər iki ayrı məktəbə yerləşdirilib.

Nazir bildirib ki, həmin məktəbdə 3000-ə yaxın şagird oxuyur, 110-dan çox sinif var: "Bir neçə innovativ, o cümlədən elektron tədrisi və təhsili tətbiq edən mexanizmlər 20 nömrəli məktəbdə tədris olunur. Çox böyük olduğuna görə orada təhsil alan şagirdləri iki ayrı məktəbdə yerləşdirə bilmişik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti