...

Bakıda çətirə ehtiyac yarana bilər

Cəmiyyət Materials 14 İyun 2015 13:24 (UTC +04:00)
Azərbaycanın rayonlarında iyunun 15-də hava əsasən yağmursuz olacaq, lakin gecə və axşam dağlıq rayonlarında şimşək çaxacaq, qısa müddətli yağış yağacaq.
Bakıda çətirə ehtiyac yarana bilər

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Sabah Bakıda çətirə ehtiyac yarana bilər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, iyunun 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı proqnozlaşdırılır. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-22, gündüz 26-31 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyunun 15-də hava əsasən yağmursuz olacaq, lakin gecə və axşam dağlıq rayonlarında şimşək çaxacaq, qısa müddətli yağış yağacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 20-26 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti