...

Mikayıl Cabbarova yeni vəzifə verildi

Cəmiyyət Materials 17 İyun 2015 15:05 (UTC +04:00)
Azərbaycan təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Badminton Federasiyasının yeni prezidenti seçilib.
Mikayıl Cabbarova yeni vəzifə verildi

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Badminton Federasiyasının yeni prezidenti seçilib.

Trend-in məlumatına görə, qurumun bu gün keçirilən prezident seçkilərindən sonra çıxış edən edən M.Cabbarov bu vəzifədə səylə çalışacağını deyib.

O, qeyd edib ki, qısamüddətli perspektivdə Azərbaycanda uşaq və gənclər arasında badminton idman növünün populyarlaşdırılması, müxtəlif beynəlxalq yarışlarda milli komandamızın iştirakının təmin edilməsi, gələcək nailiyyətlər üçün zəmin yaradılması fəaliyyətinin əsas istiqamətlərindən olacaq.

Federasiyanın yeni rəhbərliyi iyunun 22-də badmintonçularımızı dəstəkləmək üşün azarkeşləri Bakı İdman Zalına da dəvət edıb.

M.Cabbarov əlavə edib ki, ölkəmizdə badminton idman növü 1960-cı ildən inkişaf etməyə başlayıb. Hazırda millimiz dünya reytinqində 82-ci yerdə qərarlaşıb. I Avropa Oyunlarının proqramına daxil edilən badminton yarışlarında 31 ölkədən 160 atlet 5 komplekt medal uğrunda mübarizə aparır. Azərbaycan bu yarışlarda 2 idmançı - Orxan Qələndərov və Kənan Rzayevlə təmsil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti