...

Azərbaycanın bəzi ərazilərində şimşək çaxacaq, yağış yağacaq

Cəmiyyət Materials 19 İyun 2015 12:45 (UTC +04:00)
Yaxın günlər ərzində ölkə ərazisində müşahidə edilən havanın temperaturunda ciddi dəyişikliyin olacağı gözlənilmir.
Azərbaycanın bəzi ərazilərində şimşək çaxacaq, yağış yağacaq

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Yaxın günlər ərzində ölkə ərazisində müşahidə edilən havanın temperaturunda ciddi dəyişikliyin olacağı gözlənilmir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, iyunun 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 29-34 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyunun 20-də hava əsasən yağmursuz olacaq. Lakin gecə və axşam dağlıq rayonlarda şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti