...

Sabah Azərbaycanda temperatur 42 dərəcəyə yüksələcək

Cəmiyyət Materials 23 İyun 2015 12:39 (UTC +04:00)
Sabah Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 42 dərəcəyə yüksələcək.
Sabah Azərbaycanda temperatur 42 dərəcəyə yüksələcək

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Sabah Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 42 dərəcəyə yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildirilib ki, iyunun 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 31-36 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyunun 24-də hava əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 37-42, dağlarda gecə 16-21, gündüz 26-31 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti