...

Azərbaycanda havanın temperaturu 42 dərəcəyədək yüksələcək

Cəmiyyət Materials 28 İyun 2015 12:42 (UTC +04:00)
Sabah Azərbaycanda havanın temperaturu 42 dərəcəyədək yüksələcək.
Azərbaycanda havanın temperaturu 42 dərəcəyədək yüksələcək

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir İlkin İzzət/

Sabah Azərbaycanda havanın temperaturu 42 dərəcəyədək yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildirilib ki, iyunun 29-də Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, axşama doğru şimal-qərb küləyi ilə əvəzlənəcək.

Paytaxtda havanın temperaturu gecə 22-24, gündüz 33-35 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyunun 29-da hava əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 35-40, bəzi yerlərdə 42 dərəcəyədək yüksələcəyi gözlənilir. Dağlarda havanın temperaturu gecə 14-19, gündüz 25-30 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti