...

Rusiyanın məşhur teleaparıcıları Heydər Əliyev Mərkəzindəki sərgilərdə olublar (FOTO)

Cəmiyyət Materials 29 İyun 2015 11:33 (UTC +04:00)
Rusiyanın məşhur teleaparıcıları həftəsonunu Heydər Əliyev Mərkəzindəki sərgilərdə keçiriblər.
Rusiyanın məşhur teleaparıcıları Heydər Əliyev Mərkəzindəki sərgilərdə olublar (FOTO)

Azərbaycan, Bakı, 29 iyun /Trend/

Rusiyanın məşhur televiziya aparıcıları, kino və incəsənət xadimləri Heydər Əliyev Mərkəzində olub. Trend-in məlumatına görə, Rusiyanın "Birinci kanal"ının aparıcısı Dmitriy Dibrov, kino aktyor, "Birinci kanal"ın aparıcısı Aleksandr Oleşko, fokus və illuziya ustası Mixail Sitelaşvili, məşhur teleaparıcı Dmitriy Krılov və həyat yoldaşı, redaktor Tatyana Barinova Mərkəzdəki Heydər Əliyev Muzeyi və sərgilərdə olublar.

Qonaqlar buradakı "Qreys Kelli: şahzadə və stil ikonası", Vim Delvuanın əsərlərinin sərgisi ilə, Azərbaycan inciləri, Mini Azərbaycan sərgisindəki əsərlərlə tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti